Medianews.az
Dəyişkən hava şəraitində necə geyinək ki, xəstələnməyək?
73 baxış

Dəyişkən hava şəraitində necə geyinək ki, xəstələnməyək?

Dəyişkən hava şəraiti sağlamlığa mənfi təsir göstərə bilər. Gün ərzində temperaturun tez-tez dəyişməsi düzgün geyim seçimini çətinləşdirir.

Medianews.az bildirir ki, gündüz saatlarında qalın geyinmək tərləməyə, sonradan isə soyuqdəyməyə səbəb olur.

Axşam saatlarında isə havanın soyuması fonunda nazik geyimlər angina və digər xəstəliklərin yaranma riskini artırır.

Yağışlı və küləkli hava da vəziyyəti daha da çətinləşdirir. Bu səbəbdən mütəxəssislər geyimdə tarazlığa diqqət etməyi tövsiyə edir. Ən doğru seçim qat-qat geyinməkdir – gün ərzində hava istiləşdikcə üst geyimi çıxarmaq, soyuduqda isə yenidən geyinmək mümkündür.

Bununla yanaşı, bol maye qəbul etmək, immuniteti gücləndirən qidalarla qidalanmaq və hava şəraitinə uyğun geyinmək vacibdir.

Mütəxəssislərin fikrincə, düzgün geyim seçimi və sağlam həyat tərzi dəyişkən hava şəraitinin yaratdığı riskləri minimuma endirə bilər.

Bizə qoşulun