Medianews.az
Dəridə qızartı və yanma bu xəstəliyin əlaməti ola bilər -
86 baxış

Dəridə qızartı və yanma bu xəstəliyin əlaməti ola bilər - XƏBƏRDARLIQ

Mütəxəssislər üzdə qəfil yaranan qızartı, yanma və həssaslığın çox vaxt sadə problem kimi qəbul edilsə də, xroniki dəri xəstəliyi olan rozaseanın (gül xəstəliyi) ilkin əlaməti ola biləcəyi barədə xəbərdarlıq edir.

Medianews.az xəbər verir ki, türkiyəli dermatoloq Sevgi Kulaklı danışıb.

Onun sözlərinə görə, bu xəstəlik düşünüldüyündən daha geniş yayılıb və yalnız qızartı ilə məhdudlaşmır.

Bəzi hallarda sızanağa bənzər səpkilər, gözlərdə yanma və quruluq, nadir hallarda isə burun nahiyəsində böyümə və üz şişkinliyi də müşahidə oluna bilər.

Mütəxəssis bildirib ki, günəş şüaları, isti mühit, hamam-sauna, isti duş, acılı və ədviyyatlı qidalar, eləcə də alkoqol xəstəliyin kəskinləşməsinə səbəb olur.

S.Kulaklı rozaseanın tam sağalmadığını, lakin düzgün müalicə və həyat tərzi dəyişiklikləri ilə nəzarətdə saxlamağın mümkün olduğunu söyləyib.  

Həkim qeyd edib ki, əsas məqamın tətikləyici amillərdən uzaq durmaqdır.

Medianews.az

Bizə qoşulun