Medianews.az
Dərhal daha xoşbəxt olmaq üçün psixoloq
70 baxış

Dərhal daha xoşbəxt olmaq üçün psixoloq TÖVSİYƏSİ

Müasir elm sübut edir ki, xoşbəxtlik səviyyəsi yalnız xarici şəraitdən deyil, diqqətin nəyə yönəldilməsindən də asılıdır.

Psixoloqlar bildirirlər ki, beynin “yenidən proqramlaşdırılması” və insanın özünü daha xoşbəxt hiss etməsi gündəlik edilən sadə bir vərdiş sayəsində mümkündür.

Xoşbəxtlik axtarışı çox vaxt çətin və əlçatmaz bir məqsəd kimi qəbul edilir. Lakin araşdırmalar göstərir ki, insanın emosional vəziyyəti əsasən diqqətini nəyə yönəltdiyindən asılıdır.

Psixoloqların fikrincə, ən vacib vərdişlərdən biri şüurlu minnətdarlıq hissidir. Bu, sadəcə abstrakt fikir deyil, real neyrobioloji mexanizmdir. Minnətdarlıq praktikası isə bu prosesə şüurlu şəkildə qarşı çıxmağa kömək edir.

Bu vərdişin effektiv olması üçün psixoloqlar “Üç yaxşı şey” adlı üsuldan istifadə etməyi məsləhət görürlər.

Metod bir neçə sadə addımdan ibarətdir:

• “Həyata görə minnətdaram” kimi ümumi ifadələr əvəzinə konkret nümunələr yazmaq. Məsələn: “Bu səhər içdiyim ətirli qəhvəyə görə minnətdaram.”

• Fikirləri yazılı şəkildə qeyd etmək. Yazmaq sadəcə düşünməkdən daha çox neyron əlaqəsini aktivləşdirir.

• Hər məqam üçün “Bu niyə baş verdi?” sualına cavab vermək. Bu, insanın müsbət hadisələrdə öz rolunu dərk etməsinə kömək edir.

Psixoloqlar monoton həyat tərzindən uzaqlaşmağı, gündəlik həyata kiçik yeniliklər qatmağı da tövsiyə edirlər./Lent.az

Bizə qoşulun