Medianews.az
Demensiya riskini azaltmağın
94 baxış

Demensiya riskini azaltmağın sadə YOLLARI

Həkim-nevroloq və psixiatr Polina Vaxromeeva demensiya riskini azaltmağın yollarını açıqlayıb.

Medianews.az xəbər verir ki, onun sözlərinə görə, beyinin sağlam qalması üçün həyat tərzində kiçik, lakin davamlı dəyişikliklər kifayət qədər önəmlidir.

Mütəxəssis vurğulayıb ki, əsassız narahatlıqdan uzaq durmaq və lazım olduqda həkimə müraciət etmək vacibdir. Bundan əlavə, keyfiyyətli yuxu beynin bərpası üçün əsas şərtlərdən biridir.

Həkim həmçinin zehni və fiziki aktivliyin balanslaşdırılmasını tövsiyə edib. Onun sözlərinə görə, müntəzəm gəzintilər və xüsusilə kardio məşqləri sinir sisteminin möhkəmlənməsinə kömək edir.

Qidalanmaya gəldikdə isə, balanslı rasion, şəkər və yağlı-qızardılmış qidaların azaldılması, həmçinin kifayət qədər su içilməsi demensiya riskinin azalmasına dəstək ola bilər.

Medianews.az

Bizə qoşulun