Venesuelada baş verən güclü zəlzələlərdən sonra paytaxt Karakas üzərində müşahidə olunan qırmızı rəngli səma sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Medianews.az xəbər verir ki, bir çox istifadəçi qeyri-adi mənzərəni zəlzələ ilə əlaqələndirsə də, mütəxəssislər bunun təbii atmosfer hadisəsi olduğunu bildiriblər.
Meteoroloqların sözlərinə görə, "Kandilazo" adlanan atmosfer fenomeni və Sahara səhrasından Karib hövzəsinə daşınan toz hissəcikləri gün batımı zamanı səmanın qırmızı və narıncı çalarlara bürünməsinə səbəb olub. Bildirilir ki, bu hadisənin zəlzələ ilə birbaşa əlaqəsi yoxdur.
Mütəxəssislər vətəndaşları sosial mediada yayılan əsassız iddialara inanmamağa çağıraraq, belə hallarda yalnız rəsmi qurumların və elmi mənbələrin açıqlamalarına etibar etməyi tövsiyə ediblər.
Medianews.az