Türkiyənin Konya şəhərinin Karatay rayonunda azyaşlı uşağa qarşı fiziki və psixoloji zorakılıq göstərilməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə geniş etirazlara səbəb olub.
Medianews.az xəbər verir ki, hadisə ilə bağlı uşağın qohumu saxlanılıb.
Məlumata görə, diyircəkli konki sürən azyaşlı uşaq qohumu tərəfindən döyülüb və hədələnib. Sosial mediada yayılan görüntülərdə kişinin uşağı zorla qaldıraraq silkələdiyi, ona müxtəlif hədələr səsləndirdiyi, uşağın isə qorxu içində ağlayaraq üzr istədiyi əks olunub.
Hadisənin mobil telefonla lentə alınmış görüntülərinin yayılmasından sonra çoxsaylı sosial media istifadəçiləri məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət ediblər.
Araşdırmalar nəticəsində zorakılığı törədən şəxsin uşağın atasının əmisi olduğu müəyyən edilib. Şübhəli polis əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində hüquqi araşdırma aparılır.
Faktla bağlı istintaq davam edir.
Medianews.az