Medianews.az
Deniz Göktaş belə saxlanılıb -
73 baxış

Deniz Göktaş belə saxlanılıb - ANBAAN VİDEO

Türkiyəli stand-up komediyaçısı Deniz Göktaş barəsində "ictimaiyyətin bir hissəsi tərəfindən qəbul edilən dini dəyərləri açıq şəkildə təhqir etmək" ittihamı ilə istintaq başlanılıb.

Medianews.az xəbər verir ki, komediyaçının "Ölü dəniz" adlı stand-up proqramı ilə bağlı daxil olan şikayətlər araşdırılıb.

İstanbul Baş Prokurorluğu bildirib ki, iş üzrə CİMER vasitəsilə daxil olmuş 185 müraciət birgə qiymətləndirildikdən sonra rəsmi istintaq açılıb.

Deniz Göktaş iyulun 2-də İstanbul Hava Limanında ölkəyə daxil olarkən saxlanılıb. O, polis əməkdaşlarının müşayiəti ilə polis idarəsinə aparılıb və prosessual hərəkətlərdən sonra məhkəməyə çıxarılacağı bildirilib.

Baş Prokurorluğun açıqlamasına əsasən, istintaq 2026/117973 nömrəli cinayət işi üzrə davam etdirilir və komediyaçının hüquq-mühafizə orqanlarına təhvil verilməsi ilə bağlı prosedurlar həyata keçirilir.

Deniz Göktaşın vəkili bildirib ki, müvəkkili barəsində həm Türkiyə Cinayət Məcəlləsinin 299-cu maddəsi ("Prezidenti təhqir etmək"), həm də 216/3-cü maddəsi ("Əhalinin bir hissəsi tərəfindən qəbul edilən dini dəyərləri açıq şəkildə alçaltmaq") üzrə istintaq aparılır.

Vəkilin sözlərinə görə, istintaq barədə məlumat aldıqdan sonra Göktaş könüllü şəkildə Türkiyəyə qayıdıb və hava limanında saxlanılıb. O, tibbi müayinədən sonra İstanbul Polis İdarəsinin Vətən Kampusuna aparılıb, vəkilinin iştirakı ilə ifadə verib və gecəni nəzarətdə keçirib.

Bildirilir ki, komediyaçının iyulun 3-də İstanbulun Çağlayan Ədliyyəsinə çıxarılması və hakim qarşısına çıxması gözlənilir.

Deniz Göktaşın saxlanılma anının görüntülərini təqdim edirik.

Medianews.az






Bizə qoşulun