Medianews.az
Alışqanlarla yüklənmiş avtomobil partladı -
83 baxış

Alışqanlarla yüklənmiş avtomobil partladı - VİDEO

Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda alışqanlarla yüklənmiş avtomobildə baş verən yanğın ardıcıl partlayışlara səbəb olub.

Medianews.az xəbər verir ki, hadisə yerli vaxtla saat 15:30 radələrində Osmaniye məhəlləsindəki Şebboy küçəsində qeydə alınıb.

Məlumata görə, park edilmiş, alışqanlarla dolu avtomobil hələlik məlum olmayan səbəbdən alovlanıb. Qısa müddətdə alov bütün avtomobili bürüyüb.

Yanğın zamanı avtomobildə olan alışqanların ardıcıl partlaması ətrafda təşviş yaradıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovu nəzarət altına alaraq yanğını söndürüblər.

Hadisə nəticəsində xəsarət alan olmasa da, yanan avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Partlayışların təsirindən yaxınlıqda park edilmiş daha iki avtomobilə də ziyan dəyib.

Faktla bağlı yanğının başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Medianews.az

Bizə qoşulun