Medianews.az
DÇ-2026 sevincində acı xəbər:
122 baxış

DÇ-2026 sevincində acı xəbər: 13 yaşlı yeniyetmə ÖLDÜ

İspaniyada 2026-cı il dünya çempionatında milli komandanın qələbəsinin qeyd olunduğu şənlik zamanı faciə baş verib.

Medianews.az xəbər verir ki, Syudad-Rodriqo şəhərində keçirilən xalq şənlikləri zamanı fəvvarənin dağılması nəticəsində 13 yaşlı yeniyetmə həyatını itirib.

Hadisə zamanı fəvvarənin üzərində bir neçə gəncin olduğu bildirilib.

Şəhər rəhbərliyi mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib. Bələdiyyənin açıqlamasında qeyd olunub ki, “milli komandanın qələbəsi ilə başlayan sevinc ümumi kədərə çevrilib”.

Faciə ilə əlaqədar şəhər administrasiyasının binasındakı bayraqlar iyulun 22-dək yarıya endiriləcək.

Qeyd edək ki, 2026-cı il dünya çempionatının finalında İspaniya əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub. Turnir ABŞ, Kanada və Meksikada iyunun 11-dən iyulun 19-dək keçirilib.

Medianews.az

Bizə qoşulun