Kanadada davam edən genişmiqyaslı meşə yanğınlarının yaratdığı tüstü DÇ-2026-nın İspaniya-Argentina finalının keçirilməsini risk altına salıb.
Medianews.az xəbər verir ki, hazırda oyunun təxirə salınması ehtimalı aşağı qiymətləndirilsə də, bu variant tam istisna edilmir.
Havanın keyfiyyəti sağlamlıq üçün təhlükəli səviyyəyə çatarsa, FİFA-nın matçın keçirilmə vaxtını dəyişməyə imkan verən xüsusi protokolları mövcuddur.
Hazırda bəzi ərazilərdə havanın keyfiyyət indeksi idmançılar üçün təhlükəli hesab olunur.
DÇ-2026-nın finalı iyulun 19-da ABŞ-nin Nyu-Cersi ştatındakı “MetLife” stadionunda keçirilməlidir. Təşkilatçılar yaxın günlərdə tüstünün dağılacağına ümid edirlər.
Medianews.az