Medianews.az
DÇ-2026: hər oyuna neçə qol düşür?
143 baxış

DÇ-2026: hər oyuna neçə qol düşür?

23-cü dünya futbol çempionatı qrup mərhələsindədir. Medianews.az bildirir ki, iyunun 11-dən bəri 16 qarşılaşma olub. Səkkiz qrupu əhatə edən oyunların tən yarısı sülhlə yekunlaşıb:

A qrupu

Meksika – CAR 2:0

Cənubi Koreya – Çexiya 2:1

B qrupu

Kanada – Bosniya 1:1
Qətər – İsveçrə 1:1

C qrupu

Braziliya – Mərakeş 1:1
Haiti – Şotlandiya 0:1

D qrupu

ABŞ – Paraqvay 4:1
Avstraliya – Türkiyə 2:0

E qrupu

Almaniya – Kürasao 7:1
Fil Dişi Sahili – Ekvador 1:0

F qrupu

Niderland – Yaponiya 2:2
İsveç -Tunis 5:1

G qrupu

Belçika – Misir 1:1
İran – Yeni Zelandiya 2:2

H qrupu

İspaniya – Kabo Verde 0:0
Səudiyyə Ərəbistanı – Uruqvay 1:1.

Ümumilikdə 46 qol vurulub, hər oyuna orta hesabla 2,88 qol düşüb.

Ən məhsuldar oyunlar Almaniya-Kürasao (8 qol), İsveç-Tunis (6 qol), ABŞ-Paraqvay (5 qol), Niderland-Yaponiya və İran-Yeni Zelandiya (hər biri 4 qol) matçları olub, yalnız bir görüş (İspaniya-Kabo Verde) qolsuz bitib.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi çempionatda 48 komanda iştirak edir. Komandalar 12 qrupa bölünüb.

Qruplarda ilk iki yeri tutanlar və üçüncülər arasında ən yaxşı nəticə göstərmiş 8 komanda 1/16 finala bilet alacaq.

Xallar bərabər olanda komandaların öz arasındakı oyunun nəticəsi əsas götürülür. Qalan meyarlar bunlardır: top fərqi, qol sayı, ən az rəsmi xəbərdarlıq (sarı və qırmızı kartlar), komandanın FİFA-nın cari reytinqində yeri.

1/16 final 28 iyun-4 iyula, 1/8 final 4-7 iyula, 1/4 final 9-12 iyula, yarımfinallar 14-15 iyula, üçüncü yer uğrunda oyun və final 19 iyula təyin olunub.

Medianews.az

Bizə qoşulun