Medianews.az
Həbibdən qalmaqallı epizoda REAKSİYA:
90 baxış

Həbibdən qalmaqallı epizoda REAKSİYA: "Təmiz qol idi"

UFC-nin sabiq döyüşçüsü Həbib Nurməhəmmədo Portuqaliya millisinin DÇ-2026-nın 1/16 finalında Xorvatiya üzərində qazandığı qələbəni (2:1) şərh edib.

Medianews.az xəbər verir ki, sosial şəbəkə hesabında fikirlərini bölüşən idmançı, ləğv edilən qol epizoduna da toxunub: "Portuqaliya çətinliklə də olsa növbəti mərhələyə keçir, çünki xorvatlarla heç kimə asan olmur. Ofsayd var idi? Məncə, yox idi, Xorvatiyanın təmiz qolu idi (səhv edə bilərəm), amma bu mənim şəxsi fikrimdir. Hər halda, Portuqaliya rəqibindən zəif oynamadı və mərhələni keçməyə layiq idi".

Nurmaqomedov 1/8 finaldakı İspaniya — Portuqaliya qarşılaşmasını turnirin hazırkı mərhələyə qədər olan ən böyük qarşıdurması adlandırıb.

Medianews.az

Bizə qoşulun