Medianews.az
Dağıstanda təhlükəli virusla bağlı təcili
112 baxış

Dağıstanda təhlükəli virusla bağlı təcili peyvəndləmə başladı

Dağıstanda son daşqınlardan sonra infeksiyaların yayılma riski səbəbi ilə hepatit A virusuna qarşı təcili peyvəndləmə başlanıb.

Bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti məlumat yayıb.

Bildirilib ki, fövqəladə vəziyyət zonalarında əhalinin qorunması məqsədilə epidemioloji göstərişlər əsasında vaksinasiya aparılır.

Qeyd olunur ki, ilk növbədə ictimai iaşə, ticarət və ərzaq təminatı sahəsində çalışanlar, uşaq müəssisələrinin yeməkxana işçiləri, müvəqqəti yerləşdirmə məntəqələrinin sakinləri, həmçinin kommunal xidmət və bərpa işlərində çalışan şəxslər peyvənd olunurlar.

Xatırladaq ki, martın 28-də Dağıstanda güclü yağışlar nəticəsində elektrik və su təchizatında kəsintilər, subasmalar və nəqliyyatın işində problemlər yaranıb, bir sıra rayonlarda fövqəladə vəziyyət rejimi elan edilib./oxu.az

Bizə qoşulun