Medianews.az
Çin: İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququ qanunidir -
93 baxış

Çin: İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququ qanunidir - FOTO

İranın xarici işlər naziri Abbas Arakçi rəsmi səfərlə Çinə gedərək həmkarı Van İ ilə görüşüb.

Medianews.az-ın məlumatına görə, görüşdən sonra Çin tərəfi bəyan edib ki, İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququ qanunidir.

Tərəflər həm ikitərəfli əlaqələri, həm də regional və qlobal vəziyyəti müzakirə ediblər.

Arakçi Çinin mövqeyini yüksək qiymətləndirərək, İranın yalnız “ədalətli və hərtərəfli razılaşma”nı qəbul edəcəyini bildirib. O, ölkəsinə qarşı hərbi addımları beynəlxalq hüququn pozulması kimi dəyərləndirib və danışıqlarda milli maraqları qoruyacaqlarını vurğulayıb.

Van İ isə bölgədə vəziyyətin kritik mərhələdə olduğunu deyərək, tam atəşkəsə nail olunmasının zəruri olduğunu qeyd edib və tərəfləri birbaşa danışıqlara çağırıb.

Səfər İran-ABŞ gərginliyi və nüvə proqramı ətrafındakı müzakirələr fonunda baş tutub və diplomatik baxımdan əhəmiyyətli addım kimi qiymətləndirilir.

Medianews.az

Bizə qoşulun