Həkim Kerri Lebenqer insanların çiməndən sonra tez-tez yol verdiyi və sağlamlıq üçün risk yaradan böyük bir səhvi açıqlayıb.
Medianews.az xəbər verir ki, mütəxəssis, nəm dəsmalların birbaşa çirkli paltar səbətinə atılmasının yolverilməz olduğunu bildirib.
Həkimin sözlərinə görə, bu vərdiş müxtəlif patogenlərin və mikroorqanizmlərin nəm mühitdə sürətlə çoxalaraq digər geyimlərə yayılmasına şərait yaradır.
Bunun qarşısını almaq üçün o, dəsmalı çirkli paltarların yanına atmazdan əvvəl yaxşı havalandırılan bir otaqda tam quruyana qədər asmağı tövsiyə edib.
Bu üsul həm çarpaz yoluxma riskini azaldır, həm səbətdəki xoşagəlməz qoxunun qarşısını alır, həm də dəsmalların istifadə ömrünü əhəmiyyətli dərəcədə uzadır.
Medianews.az