"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov barəsində qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən məhkəməyə daxil olan təqdimata baxılıb.
Medianews.az APA-ya istinadən xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində hakim Günel İsmayılovanın sədrliyi ilə keçirilən prosesdə "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov barəsində 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
***
18:29
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaşı barəsində qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən məhkəməyə daxil olan təqdimata baxılır.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu gün Sumqayıt Şəhər Məhkəməsində hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə Natiq Əliyev barəsində 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Hakim Günel İsmayılovanın sədrliyi ilə keçirilən digər iclasda isə Elşad Məhərrəmov barəsində 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda digər təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi üçün təqdimatlara baxılır.