Medianews.az
Azərbaycanın bu bölgəsində
50 baxış

Azərbaycanın bu bölgəsində palçıq vulkanı püskürdü

Hacıqabul rayonunda yanvarın 30-da yerli vaxtla saat 16:53-də palçıq vulkanının püskürməsi qeydə alınıb.

Medianews.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi (RSMX) məlumat yayıb.

Bildirilib ki, palçıq vulkanının püskürməsi AMEA nəzdində RSXM-nin vulkanətrafı seysmik stansiyaları tərəfindən qeydə alınıb. RSXM-nin "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin məlumatına əsasən, palçıq vulkanının püskürməsi 13 dəqiqə davam edib, bir faza ilə xarakterizə olunub.

Püskürmənin dərinliyi 3 kilometr, püskürmə nəticəsində ayrılan enerji "3.38×10^6 coul" olub.

Bizə qoşulun