Ermənistan Silahlı Qüvvələrində ruhani təmsilçilik institutu ləğv olunub.
Medianews.az xəbər verir ki, bu barədə din xadimi Psak Mkrtçyan məlumat verib. Onun sözlərinə görə, qərar müdafiə nazirinin müvafiq əmri ilə qəbul edilib.
“Müdafiə nazirinin əmri ilə 20 ildən artıq müddətdə fəaliyyət göstərən Ermənistan Silahlı Qüvvələrinin ruhani təmsilçiliyi ləğv edilib. Biz – din xadimləri vəzifələrimizdən azad olunmuşuq”, – Psak Mkrtçyan bildirib.