Yanvarın 30-da Rusiya ordusu ballistik raket və 111 ədəd müxtəlif tipli PUA-larla istifadə edərək Ukrayna ərazisinə genişmiqyaslı hücuma keçib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Məlumata görə, Ukrayna ordusu 80 dronu zərərsizləşdirsə də, 15 yerdə zərbələr qeydə alınıb:
“Raket və PUA hücumu 29 yanvar axşamı başlayıb. Ruslar Voronej bölgəsindən “İsgəndər-M” raketi, eləcə də “Şahid”, “Gerber”, “İtalmas” və digər modifikasiyalı PUA-larla hücum ediblər. Atılan dronların 70 ədədi məhz “Şahid” olub”.
Qeyd edək ki, Rusiya və Ukraynanın enerji sahəsində atəşkəs barədə ilkin razılığa gəldikləri barədə məlumat yayılmışdı.