Medianews.az
Çempionlar Liqasında qalmaqal:
119 baxış

Çempionlar Liqasında qalmaqal: UEFA "Barselona"nın şikayətini rədd etdi

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində baş tutan "Barselona" - "Atletiko Madrid" matçında hakimdən narazı qalan Kataloniya təmsilçisinin şikayətini təmin etməyib.

Medianews.az xəbər verir ki, Kataloniya klubu aprelin 8-də keçirilən qarşılaşmadan dərhal sonra hakimin qərarlarına rəsmi şəkildə etirazını bildirib.

Kataloniyalıların rəhbərliyi xüsusilə matçın ikinci hissəsində "Atletiko Madrid"in müdafiəçisi Mark Pubilin cərimə meydançasında topa əllə müdaxiləsi zamanı penalti təyin olunmamasına kəskin etiraz etmişdi. Klub rəsmiləri bu qərarın qaydalara zidd olduğunu, oyunun axarına və yekun hesaba birbaşa təsir göstərdiyini vurğulamışdılar.

Lakin ali futbol qurumu ötən gün verdiyi qərarla bu etirazı əsassız və qəbuledilməz sayıb.

Qeyd edək ki, tərəflər arasında həlledici cavab qarşılaşması bu gün Madriddə, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.//Oxu.Az

Bizə qoşulun