Medianews.az
Büdcə zərfi parlamentdən keçdi –
103 baxış

Büdcə zərfi parlamentdən keçdi – Rəqəmlər

Milli Məclisin 9 dekabr iclasında 2026-cı ilin büdcə zərfi son oxunuşda qəbul edilib.

Dövlət büdcəsində 38 milyard 609 milyon manat gəlir, 41 milyard 703,6 milyon manat xərc nəzərdə tutulub.

Medianews.az-ın məlumatına görə, müdafiə və milli təhlükəsizlik üzrə xərc proqnozu 8,7 milyard manatı, iqtisadi fəaliyyət üzrə 7,8 milyard manatı, ümumi dövlət xidmətləri üzrə 5,5 milyard manatı, təhsil üzrə 5 milyard manatı, sosial müdafiə və sosial təminat üzrə 4,8 milyard manatı, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq üzrə 3,3 milyard manatı, səhiyyə üzrə 2 milyard manatı, kənd təsərrüfatı üzrə 1,2 milyard manatı ötür.

Qalan istiqamətlər belə sıralanır: mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət – 631,6 milyon manat, ətraf mühitin mühafizəsi – 420,1 milyon manat, mənzil və kommunal təsərrüfatı – 334,4 milyon manat.

Əsas bölmələrə aid edilməyən xərclər 1,7 milyard manat göstərilir.

Dövlət Sosial Müdafiə Fondunun büdcəsində gəlir proqnozu 8 milyard 323,1 milyon manat, xərc proqnozu 8 milyard 483 milyon 70 min manatdır.

İşsizlikdən sığorta fondunun büdcəsində gəlir 238,3 milyon manat, xərc 266,4 milyon manat həddində rəsmiləşir.

2026-cı il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi 300 manat nəzərdə tutulur.

Medianews.az

Bizə qoşulun