Medianews.az
Bu yerlərə gedənlərə
38 baxış

Bu yerlərə gedənlərə XƏBƏRDARLIQ

Azərbaycanda elektron siqaretlərlə bağlı sərt qadağalar və yeni cərimələr qüvvəyə minir.

Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə bu gündən etibarən tütün çəkilməsi qadağan olunan yerlərdə elektron siqaret istifadə edənlər məsuliyyətə cəlb olunacaq.

Medianews.az xəbər verir ki, yeni qaydalara əsasən küçələrdə, parklarda və digər ictimai məkanlarda elektron siqaret çəkən şəxslər 30 manat məbləğində cərimə ediləcək.

Qadağa siyahısına məktəblər, bağçalar, xəstəxanalar, idman obyektləri, restoran və kafelər daxildir. Həmçinin ticarət mərkəzləri, teatrlar, muzeylər, avtobus dayanacaqları və liftlər də tütün məmulatlarından istifadənin qadağan edildiyi zonalar sırasındadır.

Sərnişin daşıyan avtobuslarda, taksilərdə, metro stansiyalarında və vaqonlarda bu vasitələrdən istifadə tamamilə yasaqlanıb.

Qanun dəyişikliyi həmçinin yanacaqdoldurma məntəqələrini və yaşayış binalarının ümumi istifadə yerlərini də əhatə edir.

Bizə qoşulun