Qızardılmış və ultra emal olunmuş qidaların müntəzəm istifadəsi qəfil ölüm riskini artıra bilər.
Medianews.az xəbər verir ki, bunu kardioloq Elizaveta Skorodumova deyib.
O bildirib ki, bu tip qidalar ateroskleroz, ürək tutmaları və aritmiya riskini yüksəldir. Həkimin sözlərinə görə, qızardılmış toyuq və kartof qızartmasının tez-tez qəbulu ölüm riskini 13–28 faiz artıra bilər.
Həkim əlavə edib ki, kolbasa, hot-doq və hisə verilmiş ət məhsulları ürək xəstəliyi olan insanlarda ölüm riskini 10–40 faiz yüksəldə bilər.
Meta-analizlər göstərir ki, qızardılmış qidaların bişmiş yeməklərlə əvəz edilməsi və duzun azaldılması qəfil ölüm riskini 36 faiz azalda bilər.
Medianews.az