Bolqarıstan parlamenti mayın 8-də yeni hökumətin tərkibini təsdiqləyib.
Medianews.az bildirir ki, Mütərəqqi Bolqarıstan Partiyasının lideri Rumen Radevin baş nazirlik etdiyi hökumətdə 22 nazir var.
Rumen Radev 2016-2026-cı illərdə ölkə prezidenti postunu tutub.
Aprelin 19-da keçirilmiş seçkidə Mütərəqqi Bolqarıstan Partiyası 240 nəfərlik qanunverici orqana 131 mandat alaraq hökumət qurmaq hüququ əldə edib.
Proporsional üsulla (partiya siyahıları üzrə) seçilən parlamentdə GERB Partiyası və Demokratik Qüvvələr İttifaqı, Yeniliklərə Davam Partiyası və Demokratik Bolqarıstan Partiyasından ibarət blok, Hüquq və Azadlıq Hərəkatı, Dirçəliş Partiyası da yer alır.