Madaqaskarda prezidentə qarşı sui-qəsd və dövlət çevrilişinə cəhdin qarşısı alınıb.
Medianews.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin prokuroru Narindra Rakotoniaina rəsmi bəyanat yayıb.
Prokuror bildirib ki, keçirilən xüsusi əməliyyat nəticəsində 11 nəfər saxlanılıb, daha 2 nəfər isə axtarışa verilib. Saxlanılanlar arasında yüksək rütbəli zabitlər və bir general da var.
"Bu şəxslər prezidentin həyatına qəsd etmək və uzun müddətdir planlaşdırılan dövlət çevrilişini həyata keçirmək cəhdində iştirak ediblər", - deyə prokuror qeyd edib.
Axtarışlar zamanı saxlanılan şəxslərin evlərindən külli miqdarda pul və çoxlu sayda silah-sursat aşkar edilərək götürülüb. İstintaqın məlumatına görə, "cinayətkar əməliyyatın" əsas təşkilatçılarından biri yanvar ayında vəzifəsindən uzaqlaşdırılan prezident administrasiyasının keçmiş əməkdaşı, polkovnik Patrik Rakotomamondjidir.