Medianews.az
Həyatında dəyişiklik gözlənilən
99 baxış

Həyatında dəyişiklik gözlənilən 5 bürc

2026-cı ilin ilk Günəş tutulması fevralın 17-də saat 20:46-da baş verəcək. Halqavari tutulma səmada “od halqası” görüntüsü yaradacaq.

Medianews.az xəbər verir ki, astroloqlar bildirirlər ki, bu hadisə bəzi bürclər üçün mühüm dəyişikliklər vəd edir.

Əqrəb
Tutulma Əqrəblər üçün daxili dönüş mərhələsi yarada bilər. Xüsusilə maliyyə, ortaq işlər və emosional münasibətlər sahəsində güclənmə ehtimal olunur. Köhnə qorxuların arxada qalacağı bildirilir.

Şir
Günəş Şir bürcünün idarəçi planetidir. Bu səbəbdən tutulma Şirlərin özünəinamını artıraraq sosial mühitdə daha görünən olmasına təsir göstərə bilər. Liderlik keyfiyyətlərinin ön plana çıxacağı vurğulanır.

Oğlaq
Oğlaqlar üçün bu dövr uzunmüddətli planların yenilənməsi ilə xarakterizə olunur. Xüsusilə karyera və status sahəsində irəliləyiş və zəhmətin bəhrəsini görmək ehtimalı qeyd edilir.

Buğa
Tutulma Buğaların karyera və ailə sahəsində dəyişikliklər etməsini zəruri edə bilər. Qarşıdakı 40 günün yeni qərarlar üçün əhəmiyyətli olacağı bildirilir.

Qoç
Qoç bürcü üçün bu tutulma enerji və motivasiyanın artması ilə müşayiət oluna bilər. Xüsusilə karyera və şəxsi hədəflər sahəsində daha qətiyyətli addımlar gözlənilir.

Astroloqlar qeyd edirlər ki, tutulmaların təsiri fərdi ulduz xəritəsinə görə dəyişə bilər.

Medianews.az

 

Bizə qoşulun