Meksikanın Çiapas ştatında 5 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkan Tapaçula şəhərindən 15 kilometr cənubda qeydə alınıb. Zəlzələnin ocağı 80 kilometr dərinlikdə yerləşib.
Bildirilib ki, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb, dağıntı qeydə alınmayıb./axar.az