Medianews.az
Bu kabab çətin həzm olunur -
100 baxış

Bu kabab çətin həzm olunur - həkim açıqladı

“İnsanın sağlamlıq vəziyyəti və bədən quruluşu nəzərə alınmaqla təhlükəsiz şaşlıq miqdarı dəyişi”.

Medianews.az xəbər verir ki, diyetoloq Yelena Solomatina deyib.

Onun sözlərinə görə, orta hesabla 200–400 qram, bəzi hallarda isə 150 qram kifayət edir.

Mütəxəssis vurğulayıb ki, balıq şaşlığı daha yüngül həzm olunur, quş əti bir qədər çətin, qırmızı ət isə daha ağırdır. Bu səbəbdən balıq ən uyğun seçim sayılır, ardınca quş əti, daha sonra isə donuz, qoyun və mal əti gəlir.

Solomatina qeyd edib ki, qida növü və miqdarı insanın çəki, boy və əzələ kütləsi ilə bağlıdır. Ona görə də hər kəs üçün təhlükəsiz porsiya fərqli ola bilər.

Medianews.az

Bizə qoşulun