Medianews.az
Bu ilin ilk yarısında baş vermiş güclü zəlzələlər
145 baxış

Bu ilin ilk yarısında baş vermiş güclü zəlzələlər

İyunun 25-nə keçən gecə Venesuelada - paytaxt Karakasda və La Quayra ştatında baş verən 7 baldan yuxarı (7,1, 7,2 və 7,5) yeraltı təkanlardan sonra ölənlərin sayı 1000 nəfəri keçib. Fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. 46 mindən çox insan itkin düşmüş hesab olunur, bu səbəbdən zəlzələ qurbanlarının sayının xeyli artacağı proqnozlaşdırılır.

Medianews.az bildirir ki, Venesuela zəlzələsi əslində 2026-cı ilin ilk yarısında dünyada qeydə alınan ən güclü zəlzələ deyil, amma qurbanların sayına görə ən dəhşətli zəlzələdir.

Bu il fevralın 22-də Malayziyada (Sabah sahillərində) 7.1 bal gücündə zəlzələ olub, insan ölümü qeydə alınmayıb.

Martın 22-də Tonqanın Vavau adalarında 7.5 bal gücündə zəlzələ baş verib. Ölüm qeydə alınmayıb.

Aprelin 1-də İndoneziyanın Şimali Maluku əyalətində 7.4 ballıq zəlzələdə 1 nəfər həlak olub.

Aprelin 20-də Yaponiyada - Sanriku sahillərində 7.4 bal zəlzələ baş verib, ölən olmayıb.

İyunun 7-də isə Filippinin cənub sahillərində 7.8 bal gücündə zəlzələ baş verib, 80-dən çox adam həlak olub.

Bu il aprelin 3-də Əfqanıstanın Bədəxşan vilayətində də zəlzələ baş verib. Zəlzələnin gücü 5.8 bal olsa da, dağlıq kəndlərdə evlərin dözümsüzlüyü ucbatından 12 nəfər həlak olub, çoxlu  tikili dağılıb.

Nailə Qasımova, 
Medianews.az

 

Bizə qoşulun