Medianews.az
Bu havada qəhvə içməyin –
92 baxış

Bu havada qəhvə içməyin – həkimdən tövsiyə

İsti havada qəhvə və yüksək kofeinli çaylardan uzaq durmaq lazımdır.

Medianews.az xəbər verir ki, bu nəticəyə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin mütəxəssisləri gəlib.

Kofein yüngül sidikqovucu təsirə malikdir və bu, orqanizmin sürətli susuzlaşmasına, nəticədə isə istilik vurmasına, huşun itirilməsinə və qıcolmalara səbəb ola bilər.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəz həmçinin isti havada alkoqol və şəkər, natrium miqdarı yüksək içkilərin qəbulunu məhdudlaşdırmağı tövsiyə edib. Ən yaxşı seçim isə adi su içməkdir – istər soyuq, istərsə də ilıq.

Medianews.az

Bizə qoşulun