Medianews.az
Bu əlamətlər varsa,
118 baxış

Bu əlamətlər varsa, qəhvə içməyi dayandırın

“Qəhvə bəzi insanlarda yuxu pozğunluğu və digər sağlamlıq problemlərinə səbəb ola bilər”.

Medianews.az xəbər verir ki, bunu həkimi Surac Kukadia deyib.

O, qəhvə istifadəsinin müəyyən hallarda məhdudlaşdırılmasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, yuxusuzluq, yüksək narahatlıq hissi və ya ürəkdöyünməsinin sürətlənməsi kimi əlamətlər müşahidə olunursa, qəhvə istehlakını azaltmaq, hətta tamamilə dayandırmaq məqsədəuyğundur.

Həkim bildirib ki, kofein orqanizmdə uzun müddət qalır və səhər içilən bir fincan qəhvə belə gecə yuxusunun keyfiyyətinə mənfi təsir göstərə bilər.

Kukadia qeyd edib ki, qəhvənin təsiri hər insanda fərqli olsa da, yuxu problemləri yaşayan şəxslər bu içkiyə qarşı daha diqqətli olmalıdırlar.

Medianews.az

Bizə qoşulun