Medianews.az
Bu dəfə maksimum bal toplayanlar
86 baxış

Bu dəfə maksimum bal toplayanlar oğlanlardır

Xəbər verdiyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Medianews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, imtahan iştirakçıları arasında 2 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Onlar Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənli və Bakı şəhəri, 289 saylı orta məktəbin (“Zəngi” liseyi) məzunu Muhammedali Əhməd oğlu Qurbanovdur.

Bizə qoşulun