Medianews.az
Böyük yarımfinal öncəsi fransızlar iddialıdır:
79 baxış

Böyük yarımfinal öncəsi fransızlar iddialıdır: "Biz bir komandayıq!"

Fransa millisinin yarımmüdafiəçisi Uorren Zair-Emeri DÇ-2026-nın yarımfinalında İspaniyaya qarşı keçiriləcək oyun öncəsi komanda yoldaşı Kilian Mbappenin əhəmiyyətindən danışıb.

Medianews.az xəbər verir ki, Zair-Emeri Mbappenin qələbə üçün hər şeyi edəcəyini vurğulayıb:

"Hər kəs Mbappenin potensialına bələddir. Kilian müstəsna futbolçudur. O, belə vacib oyunlarda özünü göstərməyi çox yaxşı bacarır və qələbə üçün bütün gücünü ortaya qoyacaq. Ən əsası isə biz bir komandayıq və ümumi uğur üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, bu gün, iyulun 14-də Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq bu qarşılaşmanın qalibi iyulun 19-da keçiriləcək finalda Argentina – İngiltərə cütünün qalibi ilə qarşılaşacaq.

Medianews.az

 

Bizə qoşulun