Medianews.az
BMT rəsmisi Azərbaycana
80 baxış

BMT rəsmisi Azərbaycana təşəkkür etdi

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax çıxışı zamanı bildirib ki, qarşıdakı dövrdə mənzil məsələsi Yeni Şəhər Gündəliyinin icrasının ikinci onilliyinin əsas prioritetlərindən biri olmalıdır.

Medianews.az xəbər verir ki, o, mənzil təminatının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasında əsas sürətləndirici amillərdən biri kimi qəbul edilməsinin vacibliyini vurğulayıb.

Çıxışda qeyd olunub ki, yaxın illərdə keçiriləcək beynəlxalq tədbirlər, xüsusilə Türkiyədə təşkil ediləcək COP31 İqlim Konfransı və Birləşmiş Ərəb Əmirliklərində baş tutacaq BMT Su Konfransı çərçivəsində mənzil məsələlərinin iqlim və su gündəliklərinə tam inteqrasiyası təmin edilməlidir.

Anaklaudia Rossbax bildirib ki, BMT-Habitatın 90-dan çox ölkədə həyata keçirdiyi fəaliyyətlər, eləcə də adekvat mənzil təminatı üzrə Açıq Tərkibli Ekspert İşçi Qrupu və UN Local2030 Koalisiyası kimi qlobal təşəbbüslər vasitəsilə bu istiqamətdə işlər davam etdiriləcək.

Sonda o, Azərbaycan hökumətinə, xüsusilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, forumun təşkilində iştirak edən əməkdaşlara, eləcə də tədbirin yüksək səviyyədə keçirilməsinə verdikləri dəstəyə görə Xarici İşlər Nazirliyinə təşəkkür edib. Qeyd olunub ki, Bakının qonaqpərvərliyi və yüksək təşkilatçılığı forumun uğurla başa çatmasında mühüm rol oynayıb.

Müşfiqə Bayramova
Medianews.az

Bizə qoşulun