Medianews.az
Binəqədidə yanğın baş verən əraziyə polis əməkdaşları cəlb olunub
170 baxış

Binəqədidə yanğın baş verən əraziyə polis əməkdaşları cəlb olunub

Binəqədi rayonu ərazisində yerləşən anbarlardan birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

DİN-in Mətbuat Xidmətindən Medianews.az -a bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə operativ tədbirlər görülür.

Həmçinin polis əməkdaşları tərəfindən avtomobil yolunda sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri işlər davam etdirilir.

Bizə qoşulun