Həkimlər beyin sağlamlığını dəstəkləyən və idrak funksiyalarını yaxşılaşdıran üç “qızıl” içkini açıqlayıblar.
Medianews.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, yaşıl çay gündə ən azı iki fincan içildikdə demensiya riskini azalda bilər.
Çuğundur şirəsi qan dövranını yaxşılaşdıraraq beyin funksiyalarına müsbət təsir göstərir. Zərdəçal latte isə beyində Alzheimer xəstəliyi ilə əlaqəli yığıntıların azalmasına kömək edə bilər.
Həkimlər qeyd edirlər ki, bu içkilərin müntəzəm istifadəsi beyin sağlamlığının qorunmasına dəstək ola bilər.
Medianews.az