Türkiyə Birinci Liqasında çıxış edən “Ankaragücü” Futbol Klubunun oyunçusu Furkan Perker ailəsi ilə birgə qəzaya düşüb.
Hadisə onlar Qurban bayramı tətili üçün Ankaradan Antalyanın Manavqat rayonuna gedərkən olub.
Belə ki, avtomobil Manavqatın Dereağzı bölgəsində idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb və bir neçə dəfə aşıb.
Tamamilə yararsız hala düşən maşında olan 5 nəfər yaralanıb. Nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalan 2 nəfər xilasedicilər və təcili tibbi yardım əməkdaşları tərəfindən çıxarılıb.
Yaralanan Ferşat Perker, həyat yoldaşı Elif İrəm Perker, oğulları Vatan və Furkan Perker, həmçinin 11 yaşlı qızları M.P. ilkin tibbi yardımdan sonra Manavqatdakı xəstəxanalara çatdırılıb./“Qafqazinfo”


