Novruz süfrəsinin ənənəvi nemətlərindən sayılan badam zəngin vitamin və mineral tərkibi ilə orqanizmə bir sıra müsbət təsirlər göstərir.
Medianews.az bildirir ki, dietoloqların sözlərinə görə, badam ürək-damar sisteminin qorunmasına kömək edir, beyin fəaliyyətini gücləndirir və immuniteti möhkəmləndirir. Tərkibində olan E vitamini dərinin sağlam qalmasına, antioksidant xüsusiyyətləri isə hüceyrələrin yenilənməsinə dəstək verir.
Mütəxəssislər bildirirlər ki, bayram günlərində şirniyyatların çox istifadə olunduğu dövrdə badam daha faydalı alternativ hesab olunur. O, həm uzun müddət toxluq hissi yaradır, həm də enerji verir. Bununla yanaşı, badamın normadan artıq qəbulunun kalori baxımından çəki artımına səbəb ola biləcəyi də qeyd olunur.