Qarşıdan Novruz və Ramazan bayranı gəlir. Bayram süfrələrini paxlava, şəkərbura, qozlu badambura, qozlu qutab, qoğal kimi şirniyyatlar bəzəyəcək.
Medianews.az bildiri ki, mütəxəssislər iə artıq şəkər istehlakının metabolizmi ləngitdiyini, kilo və diabet riskini artırdığı ilə bağlı xəbərdarlıq edirlər.
Sağlamlığı qorumaq üçün diqqət edilməli olduğunuz məqamlar var. Məsələn, yediklərinizin porsiyasına nəzarət edin. Şirniyyatları kiçik hissələr şəklində yeyin. Bir gündə bir neçə təamdan imtina edin. Həmçinin su için. Hər şirniyyatdan sonra bir stəkan su içmək şəkər yükünü balanslaşdırır. Bunlarla yanaşı hərəkətdə olmaq da vacibdir. Qısa gəzintilər kalori yandırmağa kömək edir.
Şəkərli şirniyyatlar yerinə sağlam alternatavilərdən istifadə edə bilərsiniz. Məsələn, şəkər əvəzinə təbii dadlandırıcılar (xurma, banan, bəhməz) istifadə edin. Ağ un yerinə tam buğda və ya yulaf unu seçin. Südlü şirniyyatlar az yağlı süd əlavə edin. Evdə hazırlanmış meyvə qabları, fındıq-fıstıq və az yağlı süd ilə hazırlanmış pudinqlər uşaqlar üçün daha yaxşıdır.
Bayramda “az, amma keyfiyyətli” yanaşması sağlamlığı qoruyur. Xüsusilə diabet və digər xroniki xəstəlikləri olanlar həkim tövsiyələrinə riayət etməlidirlər.
Medianews.az