Almaniyanın "Bavariya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Medianews.az xəbər verir ki, Münhen təmsilçisi "Ayntraxt"ın sol cinah müdafiəçisi Nataniel Braunu heyətinə qatıb.
23 yaşlı futbolçu ilə 2031-ci il iyunun 30-dək nəzərdə tutulan müqavilə imzalanıb.
Daha əvvəl jurnalist Fabrizio Romano "Bavariya"nın bu transfer üçün 55 milyon avro ödəyəcəyini bildirmişdi.
Braun 2024-cü ilin yayından "Ayntraxt"ın formasını geyinirdi. O, ötən mövsüm bütün turnirlərdə 42 oyunda iştirak edib, 4 qol vurub və 6 məhsuldar ötürmə verib. Almaniyalı müdafiəçi həmçinin ölkəsinin milli komandasında 8 oyun keçirib./Qol.az