Medianews.az
"Bavariya" və "Arsenal" Nataniel Braunun keçidində maraqlıdırlar
140 baxış

"Bavariya" və "Arsenal" Nataniel Braunun keçidində maraqlıdırlar

Almaniyanın "Bavariya" və İngiltərənin "Arsenal" klubları Frankfurt təmsilçisi "Ayntraxt"ın müdafiəçisi Nataniel Braunun keçidində maraqlıdırlar.

Medianews.az "Report"a istinadən xəbər verir ki, DÇ-2026-nın final mərhələsi üçün Almaniya millisinin heyətinə cəlb edilən 22 yaşlı futbolçu yay "transfer pəncərəsi"ndə böyük klubların diqqət mərkəzində olacaq.

Münhen klubu müdafiənin cinahlarını gücləndirməyə çalışır, London təmsilçisi isə onu universal oyunçu kimi nəzərdən keçirir.

N.Braun 2024-cü ilin yanvarından "Ayntraxt"ın heyətində çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, N.Braun 2025/2026 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 42 oyunda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı almaniyalı futbolçunun dəyərini 40 milyon avro qiymətləndirir.

Bizə qoşulun