Medianews.az
“Barselona” ulduz futbolçu üçün onları
122 baxış

“Barselona” ulduz futbolçu üçün onları verməyə hazırdır

“Barselona” “İnter”in müdafiəçisi Alessandro Bastonini transfer etmək üçün oyunçu mübadiləsi variantını nəzərdən keçirir.

Medianews.az Publika.az-a istinadən xəbər verir ki, katalon klubunun baş məşqçisi Hans-Diter Flik italiyalı futbolçunu müdafiə xəttini gücləndirmək üçün əsas hədəf kimi müəyyənləşdirib.

“İnter” isə Bastonini komandada saxlamaq və onun müqaviləsini uzatmaq niyyətindədir. Bununla belə, Milan təmsilçisi 80 milyon avrodan yuxarı təklifləri nəzərdən keçirə bilər.

Maliyyə tələblərini azaltmaq üçün “Bars” müqaviləyə öz oyunçularını da daxil etməyə hazırdır. “İnter”in maraq dairəsində 50 milyon avro dəyərində qiymətləndirilən yarımmüdafiəçi Dani Olmo var. O, mövsüm ərzində 38 oyunda 8 qol və 7 assistlə yadda qalıb.

Alternativ variant kimi hücumçu Ferran Torres də nəzərdən keçirilir. Onun müqaviləsi gələn il başa çatır. İspan futbolçu bu mövsüm 40 oyunda 16 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bundan əlavə, “İnter” Jerar Martinlə də maraqlanıb, lakin “Barselona” bu transferə veto qoyub.

Qeyd edək ki, cari mövsümdə Alessandro Bastoni bütün turnirlərdə 35 oyuna çıxaraq 2 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizə qoşulun