Medianews.az
"Barselona" ilə
105 baxış

"Barselona" ilə müqaviləni uzatdı

"Barselona" futbolçusu Andreas Kristensenlə müqaviləni uzadıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

30 yaşlı danimarkalı futbolçu ilə yeni müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Kristensen 2022-ci ilin yayında "Çelsi"dən azad agent kimi "Barselona"ya keçmişdi. O, Kataloniya təmsilçisinin heyətində 4 mövsümdə ümumilikdə 98 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Müdafiəçi son 2 mövsümdə zədələr səbəbindən cəmi 24 matçda forma geyinib.

Qeyd edək ki, Kristensenin əvvəlki müqaviləsinin müddəti bu yaya qədər idi.//QOL.az

Bizə qoşulun