WUF13 bu gün bağlanış mərasimi ilə yekunlaşacaq
Medianews.az xəbər verir ki, Ümumdünya Şəhərsalma Forumu (WUF13) bu gün keçiriləcək bağlanış mərasimi ilə öz işini başa vuracaq.
Təxminən 6 min iştirakçının qatılması planlaşdırılır.
Xəbər verdiyimiz kimi, bu gün WUF13-ün yekun mətbuat konfransı keçirilib. Konfrans zamanı forum çərçivəsində əldə olunan nəticələr, beynəlxalq əməkdaşlıq imkanları və gələcək perspektivlər barədə məlumat təqdim olunub.
Müşfiqə Bayramova
Medianews.az