Bakıda oğul anasını hoteldə qətlə yetirib.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisindəki hotellərin birində baş verib.
Binəqədi rayon sakini, 2009-cu il təvəllüdlü Ayxan Qasımlı anası, 1989-cu il təvəllüdlü Əsmət Qasımovanı hoteldə yaxalayıb. O, anasına bıçaqla çox sayda xəsarət yetirərək qətlə yetirib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Hadisəni törətməkdə şübhəli bilinən A.Qasımlı saxlanılıb.