Bakıda gənc qız binadan yıxılıb.
Medianews.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Nərimanov küçəsi ev 7 mənzil 11-də qeydə alınıb.
Orada yaşayan, 2005-ci il təvəllüdlü N.Kərimova yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş N.Kərimovanın vəziyyəti orta-ağır qiymətləndirilir.
Araşdırma aparılır.