Medianews.az
Bakıda 89 yaşlı qadının
107 baxış

Bakıda 89 yaşlı qadının meyiti tapıldı

Bakıda mənzildən 89 yaşlı qadının meyiti tapılıb.

Medianews.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə iyulun 23-ü saat 19 radələrində Nəsimi rayonu ərazisində baş verib.

Belə ki, 1937-ci il təvəllüdlü Z.Əlizadənin üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı Ə.Quliyev küçəsindəki mənzildə aşkarlanıb.

Onun evdə tək yaşadığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun