İyunun 11-dən Bakı-Tbilisi-Bakı sərnişin qatarına əlavə vaqon qoşulacaq.
İyunun 12-dən Tbilisidən Bakıya qayıdan qatarda da əlavə vaqon olacaq.
Medianews.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” bunu sərnişin tələbatının çox olması ilə əsaslandırıb.
Bakı-Tbilisi-Bakı qatarı 6 illik fasilədən sonra bu il may ayının üçüncü ongünlüyündə işə salınıb.
Qatar hər gün Bakıdan saat 23:10-da, Tbilisidən isə saat 21:00-da yola düşür.