Bakı-Tbilisi-Bakı marşrutu üzrə qısa müddətdə 1000-dən çox bilet satılıb.
Məlumat Medianews.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən verilib.
Məlumatda deyilir ki, ümumilikdə Bakıdan 400, Tbilisidən isə 500-dən artıq bilet satışı qeydə alınıb.
Hazırda bilet alışına yüksək tələbat nəzərə alınaraq Bakıdan yola düşəcək ilk qatara 1 vaqon da əlavə edilib.
Xatırladaq ki, bilet satışı mayın 21-i günün ikinci yarısından başlanıb. Yəni 1000-dən çox bilet bir sutkadan da az müddətdə satılıb.
Tbilisiyə biletlərin qiymətləri səfərə Bakıdan çıxanda komfort sinfi üzrə 81 manatdan, komfort+ sinfi üzrə 117 manatdan, lüks sinif üzrə 180 manatdan; Yevlaxdan çıxanda komfort sinfi üzrə 67 manatdan, komfort+ sinfi üzrə 94 manatdan, lüks sinfi üzrə 144 manatdan; Gəncədən çıxanda komfort sinfi üzrə 62 manatdan, komfort+ sinfi üzrə 86 manatdan, lüks sinfi üzrə 132 manatdan; Ağstafadan çıxanda komfort sinfi üzrə 57 manatdan, komfort+ sinfi üzrə 78 manatdan, lüks sinfi üzrə 120 manatdan başlanır.
Böyük Kəsik-Qardabani marşrutunda bir biletin başlanğıc qiyməti komfort sinfi üzrə 51 manat, komfort+ sinfi üzrə 68 manat, lüks sinfi üzrə 102 manatdır.
“Azərbaycan Dəmir Yolları” QSC vurğulayır ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlərə yüksək tələbat fonunda bilet satışı sistemində və kassalarda müəyyən ləngimələr müşahidə olunur.
Bu marşrut üzrə qatarlar Bakıdan 25 may, Tbilisidən isə 26 may tarixində hərəkətə başlayacaq.
Medianews.az