Medianews.az
Bakı-Tbilisi-Bakı marşrutu üzrə
91 baxış

Bakı-Tbilisi-Bakı marşrutu üzrə neçə qatar olacaq?

Bakı–Tbilisi–Bakı qatar marşrutunun 6 illik fasilədən sonra bərpa edilməsi ətrafında çoxsaylı suallar yaranıb.

Vətəndaşları maraqlandıran suallardan biri bu marşrut üzrə neçə qatarın hərəkət edəcəyidir.

Medianews.az-ın modern.az-istinadən xəbərinə görə, “Azərbaycan Dəmir Yolları”ndan (ADY) bildirilib ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə 2 qatar hərəkət edəcək.

Qurum Bakı-Tbilisi qatarında minimal qiymətin (81 AZN) hansı yerlərə şamil olunduğuna da aydınlıq gətirib.

“Səfər tarixindən 25–30 gün əvvəl yer seçimi mərhələsində yuxarı mərtəbə (2-ci mərtəbə) seçildikdə yataq yeri 81 AZN olaraq göstərilir.

Məlumat üçün bildiririk ki, dinamik qiymət siyasətinə əsasən tələbatın yüksək olduğu günlərdə və səfər tarixinə yaxınlaşdıqca qiymətlər dəyişə bilər. Əvvəlcədən planlaşdırılmış səyahətlərdə isə daha münasib tariflərdən və endirim imkanlarından yararlanmaq mümkündür”, – ADY bəyan edib. 

Bizə qoşulun